Dünyaca məşhur müğənni Madonna öldükdən sonra sərvətinin kimlər arasında və necə bölünəcəyi ilə bağlı vəsiyyət hazırlayıb.
OLAY yazır ki, ifaçı bunu ağır bakterial infeksiya ilə mübarizə aparıdğı xəstəxanadan evinə döndükdən sonra edib. Madonna həmçinin vəfat etdiyi təqdirdə, heç bir yerdə onun holoqram görüntülərindən istifadə edilməməsi barədə də göstəriş verib.
"Uitni Hyustonun ölümündən sonra təşkil edilən holoqram turu uğursuzluqla nəticələnib. Madonna mənfəətə can atan agentlərə eyni şeyi etməyə icazə vermək istəmir" - deyə ifaçının dostları bildiriblər.
850 milyon dollarlıq mirası isə ifaçı 6 övladı arasında bölüb.
Xatırladaq ki, iyunun 29-da Madonna konsert turuna hazırlaşarkən qəfil huşunu itirib. Daha sonra müğənninin bakterial infeksiyaya yoluxduğu məlum olub.