Video
Video

Xanəndəni görənlər tanımır, 55 kq arıqladı

Xanəndəni görənlər tanımır, 55 kq arıqladı

İkinci Muğam Müsabiqəsinin qalibi Aytən Məhərrəmova xeyli çəki atıb.  

OLAY yazır ki, muğam ifaçısı aylar sonra “Xəbər- Ətər” proqramına qonaq olub. 

O, çəkisinin 120-dən 65 kiloya düşdüyünü açıqlayıb:

“Boyum 1,72-dir. İstəyirdim ki, çəkim 70 kq-da qalsın. Amma işlərim çox olduğu üçün çəkim özü aşağı düşür. Kollecdə müəllimlər məni tanımır, elə bilirlər ki, tələbəyəm! Kök olanda məni çox sevirdilər.  Kompleks yox, sağlamlıq üçün arıqlamışam. Kök Aytən daha gözəl və şirin idi. Kilolu xanımlara demək istəyirəm ki, özünüzü olduğunuz kimi sevin. Əgər sağlamlığınızda problem yaradırsa, çalışın, arıqlayın”.