Video
Video

“Çalışın sevgisiz və yarımçıq qalmayın” – Nigardan yeni mahnı

“Çalışın sevgisiz və yarımçıq qalmayın” –  Nigardan yeni mahnı

“Eurovision 2011” qalibi Nigar Camal aylar sonra yeni mahnısını təqdim edib.

Olay.az xəbər verir ki, söz və musiqisi Elvin Muxtara aid olan “Hara gedirsən” adlı mahnı “Youtube” və digər dijital platformalarda yerləşdirilib.
Nigar Camal yeni mahnısını İnstaqramda paylaşaraq belə şərh verib:
“Deyirlər e, “mən sənsiz yaşaya bilmərəm” - bax, mən onlardan deyiləm. Mən sənsiz də yaşayaram, amma səninlə bir başqa yaşayaram” deyib Nazim Hikmət. Sizə hansı xoşdursa, elə yaşayın. Amma çalışın nə sevgisiz qalın, nə də yarım... Çünki insan sevdiyi qədər insandır”.


Qeyd edək ki, müğənni sonuncu dəfə xanəndə Aygün Bəylərlə “Nəfəsim, qəlbim” və “Şəhidlər” adlı klipləri təqdim etmişdi.