Video
Video

İllər sonra ANS-də yaşadığı qalmaqaldan danışdı

İllər sonra ANS-də yaşadığı qalmaqaldan danışdı

Aparıcı Yusif Cəfərli illər sonra ANS-də yaşadığı problemdən danışıb.

OLAY yazır ki, bununla bağlı o, Ülvira Qarayevanın Astar TV-dəki layihəsində açıqlama verib. O bildirib ki, səhhəti ilə bağlı “De, gəlsin” verilişindən ayrılmalı olub, qayıdanda isə rəhbərlik onu istəməyib:

“Layihə yayımlandığı zaman uzaqlaşdım, səhhətimdə problem var idi. 20 gün müalicə almalıydım. Televiziyanın o vaxtkı rəhbərinə yaxınlaşdım. Dedim, yerimə Tural (Tural Əliyev Badikubə - red.) aparsın. O da söylədi ki, müqavilə bağlamırıq, maaşı alıb, aranızda bölərsiz. Dedim ki, problem yoxdur. Tural gəldi, mən getdim. Qayıtdım ki, hər şey dəyişib. Sanki meyxanaçıları yığıb, əziyyət çəkməmişəm kimi məni layihəyə qaytarmaq istəmədilər. Heç kimlə görüşə bilmədim. 

Gözlə ki, qəbul edəcəklər. Mənim xətrimə dəydi, ərizəmi yazıb televiziyadan uzaqlaşdım. İlk təcrübəm ANS-də deyildi. Ondan əvvəl Sara TV-də çalışırdım. Ağakərim və Ağamirzə ilə 1996-cı ildən münasibətim var idi. 2007-ci ildə yeni layihə etdilər, çempionu Oqtay Kamil oldu. Bu da mənlik deyildi, verilişi Tural aparırdı. Proqram nə SMS, nə də reytinq yığdı. Ona görə 2008-ci ildə məni dəvət etdilər ki, qayıt, gəl. Qayıtdım, fikirləşdik ki, meyxana tək Bakıda deyil, bölgələrimizdə də istedadlar var. Azərbaycan üzrə açıq çempionat etdik, o da Ağasəlim Çıldağın xatirəsinə həsr olundu. Bu gün gündəmdə olan meyxanaçılar demək olar ki, həmin yarışdan çıxdı. Pərviz Bülbülə, Ruslan Müşviqabad, Mirfərid Zirəli və başqaları”.