Video
Video

“Get yemək bişir, uşaqlarına bax!”

“Get yemək bişir, uşaqlarına bax!”

Müğənni Günay İbrahimlinin rəfiqəsi ilə dialoqu marağa səbəb olub.

OLAY yazır ki, Həyat adlı xanım sənətçiyə məxsus instaqram hesabında selfi videosunu çəkərək moda sahəsinə qatılacağını bildirib. Günay isə onun bu istəyinə qarşı çıxıb, rəfiqəsinə evdar xanım kimi həyata davam etməsini söyləyib.

İfaçının dostu isə həyatının birinci mərhələsində evdar olduğunu, indi isə atelye sahəsinə atılacağını söyləyib. Bu müzakirəyə İbrahimli “Bu sahə sənlik deyil. Get yemək bişir, uşaqlarına bax”,- deyə sonlandırıb.

Günay həmin anları instaqramda yayaraq “iki milyonluq səhifə əlinə düşüb, susmaq bilmir. Başım “şişdi”. Mən bu qıza söz çatdıra bilmirəm”, yazıb.