Türkiyəli müğənni Mahsun Kırmızıgül 16 il sonra yeni albomunun ilk konsertindən görüntüləri paylaşıb.
OLAY yazır ki, sənətçinin konsertini məşhur rejissor Kemal Başbuğ lentə alıb. “Hoş geldin” adlı konsert Yeni il gecəsi “Show” TV-də təqdim olunacaq.
Qeyd edək ki, M.Kırmızıgül buna görə kanaldan 5 milyon lirə qonorar alacaq.