Video
Video

Xatirə işçilərini “ağ yuyub, qara sərdi”

Xatirə işçilərini “ağ yuyub, qara sərdi”

Müğənni Xatirə İslam işçiləri haqqında paylaşım edib.

OLAY yazır ki, sənətçi İnstaqramda işçilərinin səhlənkarlığından gileylənib. Sənətçi bildirib ki, komandasının üzvlərinin qatara gecikdiyinə görə mənzil başına onlardan əvvəl çatıb:

“Deməli, səhər saat 8-də qatara minmişəm. İşçilərim gəlməyiblər, qatara gecikiblər. Onlar elə bilirlər ki, qatar bunları gözləməlidir. İndi qatarın istiqamətilə maşınla gəlirlər. Elə bilirlər qatar saxlayacaq, Azər müəllim də qatara minəcək. Bunun da hamısı mənim mülayim olmağımdan irəli gəlir. Günah məndədir ki, onu bu vəziyyətə gətirib çıxarmışam. Mənə deyir ki, Yevlaxda qatardan düş. Mən də düşmədim. İndi gəlir (gülür)”.