Video
Video

Neslihanla Kadir tələbələrimizlə görüşdü - Video

Neslihanla Kadir tələbələrimizlə görüşdü - Video

Türkiyəli aktrisa Neslihan Atagül və həyat yoldaşı, aktyor Kadir Doğulu tələbələrlə görüşüb. 

OLAY yazır ki, tədbir Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində baş tutub. Atagül tələbə, müəllim və media üzvlərinin suallarını cavablandırıb. O, Bakı haqqında fikirlərini söyləyib, paytaxtı gəzdiyini qeyd edib:

“4-5 il əvvəl gəlmişdim. O zaman da bizi çox gözəl qarşılamışdılar. Lakin həmin vaxt bu qədər gəzmək və şəhəri kəşf etmək imkanım olmamışdı. Bu dəfə isə daha çox gəzib, daha çox yerləri görə bildik”.