Video
Video

Röya bayramda tələbələrlə görüşdü

Röya bayramda tələbələrlə görüşdü

Xalq artisti Röya Ayxan ADA Universitetinin tələbələri ilə görüşüb.

OLAY yazır ki, sənətçi sözügedən təhsil müəssisəsində Novruz bayramına görə təşkil olunan tədbirdə ifaları ilə çıxış edib.

Bu barədə müğənni instaqramda video paylaşıb. O, tələbələrlə görüşündən məmnunluğunu bildirib:

“Bayramınız mübarək, əziz tələbələr. Hər biriniz gələcəkdə bir sahənin peşəkarı olacaqsınız. Sizinlə görüş üçün çox sevindim. ADA Universitetinin tələbələri, isti münasibət üçün təşəkkür edirəm. Sizi sevirəm”.

Tədbirdə Röya ilə birgə müğənni Rauf Əhmədov da iştirak edib. Onlar birlikdə “Olar” adlı duetlərini oxuyublar.