“Klon” serialında Hade obrazı ilə məşhurlaşan aktrisa Ciovanna Antonelli son paylaşımı ilə gündəmə gəlib.
OLAY yazır ki, sənətçi ekran işinin Lukası Murilio Benisio ilə birgə layihədəki rəqs səhnəsini 20 il sonra yenidən canlandırıb.
Diqqətçəkən məqam isə Ciovannanın rəqs geyimi əvəzinə mətbəx əşyalarından istifadə etməsi olub.
Sözügedən videonu instaqramda izləyicilərlə bölüşən aktrisanın görüntüləri 7 milyondan çox izlənilib.