“Klon” serialının “Hade”si Ciovanna Antonelli övladları ilə kamera qarşısına keçib.
OLAY yazır ki, 46 yaşlı braziliyalı aktrisa 17 yaşlı oğlu Pietro, 12 yaşlı əkizləri Antoniya və Sofiya ilə pozalar verib.
Sənətçi fotolarına “Övladlarımı sığallamağı, yaxın olmağı, qucaqlamağı, onlarla əylənməyi sevirəm. Bizim istədiyimiz şey eşq və sevincdir”, - deyə, yazıb.
Qeyd edək ki, Ciovanna iki dəfə ailə həyatı qursa da, hazırda evli deyil.