Aktrisa Xəyalə Quliyevanın 8 Mart paylaşımı hər kəsi kövrəldib.
OLAY yazır ki, sənətçi Beynəlxalq Qadınlar Günündə 2020-ci ildə vəfat edən anası Ziyafət Quliyevanın məzarını ziyarət edib.
Xəyalə qəbir üstündə ağlayaraq “8 Martdır anacan, gəl, öpüm üz-gözündən” misrasını səsləndirib.
Ondan əvvəl isə həmkarı Ənvər Abbasovun mərhum anası ilə bağlı danışıb ağladığı videonu paylaşıb və “Allah dünyadan köçən analara rəhmət etsin, qalanlara can sağlığı versin. 8 Martdır, anacan, üz-gözündən öpə bilmirəm”, - deyə, bildirib.