Video
Video

“Xəstələnəndən sonra hamı ilə əlaqəni kəsmişdi”

“Xəstələnəndən sonra hamı ilə əlaqəni kəsmişdi”

“Son vaxtlar, xəstələndikdən sonra demək olar hamı ilə əlaqəni kəsmişdi. Neçə dəfə zəng etdim, zəng çatmırdı”.

Bu sözləri OLAY-a mərhum Xalq artisti Ramiz Novruzla bağlı Əməkdar artist Dilarə Əliyeva deyib. O bildirib ki, son vaxtlar aktyorla danışa bilməyib:

“Sonra mesaj gəldi ki, şəbəkəyə qayıdıb. Buna baxmayaraq geri dönüş etmirdi. Təəssüf edirəm ki, böyük sənətkarımızı itirdik. Həmişə yadımda zarafatcıl, gülən üzü ilə qalacaq. Deyib-gülməyi sevirdi. Ona görə xəstələnməyini də insanlarda gizlədirdi. Qəbri nurla dolsun, heyif ki, belə sənətkarlar nadir hallarda gəlir”.

Dilşad Bəhruzqızı