Video
Video

Nicat da “mavi tik” aldı

Nicat da “mavi tik” aldı

Komediya aktyoru Nicat Rəhimov instaqramda təsdiqlənmə nişanı alıb.

OLAY yazır ki, bu barədə onun həmkarı Elşən Orucov sosial şəbəkə hesabında paylaşım edib.

O, yayımladığı videoda Nicatdan “mavi tik” üçün nə qədər ödəniş etdiyini soruşub. Rəhimov isə buna görə heç bir məbləğ ödəmədiyini vurğulayıb.

Qeyd edək ki, instaqram və feysbuk platformasında yeni funksiyaya əsasən bundan sonra “mavi tik” almaq ödənişli olacaq.