Video
Video

Kimsəsiz körpələrdən birini övladlığa götürmək istədi

Kimsəsiz körpələrdən birini övladlığa götürmək istədi

Aparıcı Tarix Əliyev zəlzələdən əziyyət çəkən kimsəsiz körpələrdən birini övladlığa götürmək istəyir.

OLAY yazır ki, bu barədə o, sosial şəbəkə hesabında video paylaşıb. Tarix Türkiyə səfirliyinə müraciət edərək, sözügedən məsələ ilə bağlı kömək istəyib.

“Mən azyaşlı, bir-iki aylıq körpələrdən birini övladlığa götürmək istəyirəm. Aidiyyatı qurumlardan xahiş edirəm, bununla bağlı mənə kömək etsin. Mənim evimi, iş yerimi araşdıra bilərlər… Bir uşağa sahib çıxmaq istəyirəm”, - deyə, Əliyev qeyd edib.