Məşhur reper Paster (Pərviz Quluzadə) “Dəyirman” qrupu barədə danışıb.
OLAY yazır ki, sosial şəbəkədə paylaşılan görüntülərdə ifaçı qrupun keçmiş solisti reper Elmir Məhərrəmov (L-Mir) haqda da söz açıb.
““Dəyirman” mənim Azərbaycan repində ən bəyəndiyim qrup olub. Ən sevdiyim reper də Elmir idi. Amma onunla bağlı bir hekayəm var. Uşaqlıqda Elmirin yaşıl “07”si var idi, səhv etmirəmsə. Onun avtomobilini mənim əmim təmir edirdi. Əmimdən xahiş etmişdim ki, məni Elmirlə görüşdürsün. Onda hələ uşaq idim. Elmirdən o zamanlar mənə reper kimi kömək etməsini istəmişdim. O da balaca uşaq olduğum üçün məni başından etmişdi. Azərbaycan repininin “papa”ları ilə belə pis, qəmli hekayələr var…”, - deyə, Paster qeyd edib.