Video
Video

Nigarla Samirə barışdı!

Nigarla Samirə barışdı!

Bir müddətdir küsülü olan Avroviziya təmsilçilərimiz Nigar Camal və Samirə Əfəndi barışıb. 

OLAY-ın məlumatına görə, Xalq artisti Aygün Kazımovanın ad günündə bir araya gələn sənətçilər incikliklərini aradan qaldırıblar. Hətta iki müğənni məclisdə birgə rəqs də ediblər. 

Qeyd edək ki, Samirə Avroviziyada iştirak etdiyi il MTV-də yayımlanan “10-da görüşək” proqramında aparıcı Samir Bayramlı Nigar Camala “Samirənin mahnısı ilk beşlikdə yer alacaq”, - deyə, sual ünvanlamışdı. Müğənni isə “Mata Hari” mahnısını ilk beşlikdə görmədiyini bildirmişdi. Bundan sonra ifaçılar arasında qalmaqal yaşanmışdı.