Müğənni Nigar Camal Samirə Əfəndinin ötənilki “Sizcə, nə qədər doğru olardı ki, Norveçin dəvəti ilə qonaq kimi gəlib Azərbaycanı dəstəkləyim?” sözlərinə münasibət bildirib.
OLAY yazır ki, bu barədə o, “Səhərin səsi” verilişində aparıcı Samir Bayramlının suallarını cavablandırarkən danışıb:
“Nəysə, şərh vermək istəmirəm. Əslində, Azərbaycanı dəstəkləməlidir. Mən İngiltərədə yaşayıramsa, oranı dəstəkləməliyəm Azərbaycanı yox? Yox, Samirə düz demir. Başqa heç nə deməyəcəyəm”.
Qeyd edək ki, MTV-də yayımlanan “10-da görüşək” proqramında aparıcı Samir Bayramlı Nigar Camala “Samirənin mahnısı ilk beşlikdə yer alacaq”, - deyə, sual ünvanlamışdı. Müğənni isə “Mata Hari” mahnısını ilk beşlikdə görmədiyini bildirmişdi. Bundan sonra ifaçılar arasında qalmaqal yaşanmışdı.