Video
Video

Təyyar Bayramovun oğlu “CNN Türk”də

Təyyar Bayramovun oğlu “CNN Türk”də

“CNN Türk” telekanalında Əməkdar artist Təyyar Bayramovun oğlu Kənan Bayramlıyla bağlı süjet hazırlanıb.

OLAY yazır ki, videoda Kənanın 2021-ci ildə Şuşada keçirilən “Xarıbülbül” festivalındakı “Bayatı Şiraz” çıxışı “Dünya azərbaycanlı Kənanın səsindən danışır” başlığı ilə paylaşılıb.

“CNN Türk”ə müsahibə verən K. Bayramlı “Bu yaşda bu sevgini, sayğını qazandığım üçün çox sevinirəm. Bu ifanı ilk dəfə Tacir Şahmalığlu 1975-1976-cı ildə səsləndirib. Mən onu dinləyərək ikinci dəfə ifa etmişəm. 14 yaşımda Şuşada Xalq artistləri, İlham Əliyev və Mehriban Əliyevanın qarşısında o muğamı oxumağım mənimçün qürurdur” - deyə, bildirib.