Video
Video

“Bizdə isti xörəkləri kişilər bişirir”

“Bizdə isti xörəkləri kişilər bişirir”

Azərbaycan əsilli məşhur reper Jah Xalib (Bəxtiyar Məmmədov) Rusiyada “Avtoradio”nun “Gedək” verilişinin qonağı olub. 

OLAY yazır ki, sənətçi qızından və ailəsinin Yeni il adət-ənənələrindən danışıb.

“Qızımın adı Safiyadır, bu ərəb mənşəli bir addır, mənası saf, səmimi, parlaq, qüsursuz deməkdir. Həyat yoldaşımla ağlımızda iki versiyası var idi. Qızımız dünyaya gələndə ona baxdıq və ən uyğun olanı seçdik. Allahdan nə istədim, hər şey oldu. Məndə olanları sadalayım?

Bəli, çox şey var - maşınlar, hər şey... Anamın, atamın, xanımım və mənim sürücüsü olduğum maşınım var”.

Jah Khalib həm də ailəsinin Yeni il adətlərindən bəhs edib:

“Yeni ili həmişə ailəmlə keçirirəm, anamın yanvarın 1-də ad günüdür. Saat 00:00-da anamı təbrik edirik və atamla bişirdiyimiz ləzzətli yeməkləri yeyirik. Atam yaxşı yemək bişirir, ona kömək edirəm.

Yeni il ərəfəsində azərbaycanlılar hinduşka ləvəngisi yeyirlər. Bu, qoz-fındıqla doldurulmuş, ləzzətli bişmiş hind quşudur. Bizim evdə isti xörəkləri daha çox kişilər bişirir, amma qadınlar da yaxşı hazırlayırlar. Atamın işi Azərbaycan mətbəxinin xörəklərini bişirməkdir, bunu öz üzərimizə götürürük. Məncə, bu il şah plov bişirəcəyik, çox dadlıdır!”.

Jah Khalib həm də verilişdə şah plovun reseptini deyib.