Sankt-Peterburqda Rusiyanın Əməkdar artisti Qriqori Leps və 39 yaşlı barmen Dmitri Q. arasında dava olub.
OLAY yazır ki, bu barədə ”Telegram 112” kanalı məlumat yayıb. Qeyd olunub ki, Dmitriyə burun sümüklərinin sınığı diaqnozu qoyulub.
Həmin şəxsin vəkili Yevgeni Kheifets münaqişənin təşəbbüskarının sənətçi olduğunu bildirib. Onun sözlərinə görə, bara gələn Dmitri istirahət günündə dincəlib, nərd oynayarkən kiçik mərclər edib.
Leps məkana gələrək onunla oynamaq istəyib. Bəy razılaşmayanda Leps onu bayıra çıxmağa dəvət edib.
“Onu mühafizəçilərlə birlikdə Leps döydü. Adi insana qarşı aqressiya nümayiş etdirdi. Dmitri adi bir işçidir”,- deyə Kheifets bildirib.
Qeyd edək ki, Leps Sankt-Peterburqdakı konsertində fanatına qəzəblənmiş, mikrofonu yerə ataraq səhnədən uzaqlaşmışdı.