Musiqi
Musiqi

Qriqori mikrofonu yerə çırpıb səhnəni tərk etdi 

Qriqori mikrofonu yerə çırpıb səhnəni tərk etdi 

Rusiyanın Xalq artisti Qriqori Leps 60 illik yubileyi münasibətilə Sankt-Peterburqda konsert verib.

OLAY yazır ki, sənətçi ifası zamanı mikrofonu yerə çırparaq səhnəni tərk edib. Konsert şahidlərinin sözlərinə görə, müğənni onunla selfi çəkmək istəyən pərəstişkarları ilə mübahisə edib.

Məhz bundan sonra Leps mahnını dayandırararaq başını bulayıb və mikrofonu şiddətlə yerə çırparaq səhnə arxasına keçib.

Daha sonra sənətçi konsert zamanı özünü pis hiss etdiyini etiraf edib.