Ötən gün Türkiyədə baş tutan “GQ Türkiye Men of The Year -2022” mükafatlandırma mərasimində Kenan Doğulu və Beren Saat cütlüyü xüsusi diqqət çəkib.
OLAY yazır ki, “İlin ikonası” seçilən müğənniyə ödülünü xanımı təqdim edib. Bu anlarda Kenan səhnədə göz yaşlarını saxlaya bilməyib. Beren isə həyat yoldaşı haqda bu sözləri bildirib:
“Əvvəla deyim ki, çəkiliş çox yaxşı olub. Kənanın şimşəklər çıxan Zeus halınə çox bəyəndim. İkona olmaq onun ruhu ilə əlaqəlidir. Musiqidə yaratdıqları, bəstələri, səsi, ondan sonra gələnlərə yol açan fikri, tərzi və sairə.
Uşaq vaxtı musiqi dərgilərindən çıxan günəş boyunbağını taxaraq bu günün manifestosunu etmişdim. Yaş aldıqca seksuallaşan ilin ikonasına bu ödülü verdiyim üçün çox xoşbəxtəm”.