Müğənni Gülay Zeynallı bir müddət əvvəl obrazını tənqid edən stilist Anar Ağakişiyevə reaksiya verib.
Bu barədə sənətçi OLAY-a açıqlamasında danışıb. O deyib ki, Anarın ona irad bildirdiyi verilişə baxmayıb:
“Məni heç kəs tənqid edə bilməz. Mən həmin müsahibəni izləməmişəm, ona görə nəsə deyə bilmərəm”.
Qeyd edək ki, Anar “7 Özəl” verilişində Gülayın “Məmnunam” klipindəki disko topu ilə obrazını tənqid etmişdi. O, ““Paltarın “amerikanka” boyunun olmağı boyun hissəsini yığıb, üstündən bağlanan bandana da üzünü yığıb, sanki xanımın boynu yoxdur.
Qeyri-adi heç nə görmürəm. Bu, çox böyük qüsurdur. Yəqin ki, xanım montajda özü-özünü görüb. Alın hissəni bağlayırıqsa, sinə hissəni açmalıyıq ki, bədən xəttləri uyğun gəlsin”, - deyə, bildirmişdi.