TV proqram
TV proqram

“Sanki Gülayın boynu yoxdur”

“Sanki Gülayın boynu yoxdur”

“Səs-küyə səbəb olan, “wow” bir şey olmadı. İstəyiblər “disko” tərzində klip çəksinlər, amma çox böyük qüsurlar var”.

OLAY yazır ki, bu sözləri stilist Anar Ağakişiyev “7 özəl” verilişində müğənni Gülay Zeynallının “Məmnunam” klipi barədə söyləyib.

O, ifaçının imicinin düzgün seçilmədiyini bildirib:

“Paltarın “amerikanka” boyunun olmağı boyun hissəsini yığıb, üstündən bağlanan bandana da üzünü yığıb, sanki xanımın boynu yoxdur. Qeyri-adi heç nə görmürəm. Bu, çox böyük qüsurdur. Yəqin ki, xanım montajda özü-özünü görüb. Alın hissəni bağlayırıqsa, sinə hissəni açmalıyıq ki, bədən xəttləri uyğun gəlsin”.

Qeyd edək ki, Gülayın tərzi üzərində stilist Elnur Həsənov çalışmışdı.