Xalq artisti Brilliant Dadaşova mərhum müğənni-bəstəkar Rəhim Rəhimlinin ölümündən danışıb.
OLAY yazır ki, sənətçi bu haqda “Maqazin plus” verilişinə müsahibəsində deyib.
İfaçı Rəhimlinin dəfnində iştirak etməməsinin səbəbindən bəhs edib.
“Onun dəfnində olmadım, çünki Bakıda deyildim. İnsanın gedib-getməməsiylə deyil. Qəlbimiz onunla döyünür. Sonuncu dəfə Rəhimi ölümündən altı ay əvvəl görmüşdüm, tanıya bilməmişdim, çox təəssüfləndim. O, çox istedadlı bir insan idi. Çox sevirdim onu. Musiqi duyumu, biliyi çox idi. Musiqiyə kənardan gələn bir insan deyildi. Heyif ki, Rəhim özünü qoruya bilmədi. Ruhu şad olsun”.
Xatırladaq ki, Rəhim sentyabrın 30-u vəfat edib. Sirrozdan əziyyət çəkən Rəhimlinin dünyasını dəyişməsinə səbəb isə ürək çatışmazlığı olub.