“MTV”də yayımlanan “Ümid ilə gəl” verilişinin canlı efirində gərginlik yaşanıb.
OLAY yazır ki, proqramda ekspert qismində oturan astroloq Cərullah Mustafaoğlunun “Atasız böyüyən uşaqların 75 faizi tərbiyəsiz olur” fikri studiyadakıları əsəbiləşdirib.
Verlişdə qonaq olan prodüser Mədinə Məlik ekspertin fikri qarşısında “Mən oğlumu atasız böyütmüşəm, mənim uşağım tərbiyəsizdir?” deyərək etiraz edib. Nəticədə isə onlar arasında dava yaranıb.
Verilişin aparıcısı Tarix Əliyev həmin anları instaqramda paylaşıb.