TV proqram
TV proqram

Pərviz klip çəkilişində ağır zədələndi

Pərviz klip çəkilişində ağır zədələndi

Tanınmış xanəndə Pərviz Qasımovun başına iş gəlib.

OLAY yazır ki, sənətçi klip çəkilişi zamanı zədə alıb. Bu barədə Pərviz “MTV xəbər”ə danışıb:

“Çəkilişdə hündürlük məsafəsini hesablamadığım üçün topuğumu sındırdım. Bütün işim-gücüm qaldı, bir ay evdə müalicə aldım. İndi bir az axsayıram, amma şükür bərpa prosesi gedir. İnsanlar aysberqin görünən tərəfini görür, amma görünməyən tərəfin nə qədər çətin, əziyyətli yol olduğunu bilmirlər. Göz, nəzər, nəfs… Fikirləşirlər ki, Pərvizin dünya-aləm vecinə deyil, beşə verəcəyi yox, beş alacağı yox. Ancaq belə deyil”.

Xatırladaq ki, P. Qasımov sabiq baş nazir Novruz Məmmədovun kürəkənidir.