Xalq artisti, bəstəkar Eldar Mansurov 70 illik yubileyinə həsr olunan konsert barədə danışıb.
OLAY yazır ki, sənətçi bu haqda “Şənbə axşamı” verilişinə qonaq olarkən söz açıb.
Mansurov bildirib ki, ən çətin məqamlardan biri biletləri paylamaq olub.
“Elə bil ki, atamın dükandır, məndən bilet istəyirlər. Mən haradan verim o bileti? Müəllif konserti olduğu üçün mənə müəyyən qədər bilet vermişdilər. Mən də qalmışam ki, necə bölüm? Bir xeyli bileti də cibimdən pul verib, alıb, paylamışıq. Çox çətin məsələdir…”, - deyə, bəstəkar qeyd edib.
Xatırladaq ki, yubiley konserti 2 oktyabrda Heydər Əliyev Sarayında baş tutub.