Müğənni Samir Piriyev vegetarian olması barədə danışıb.
OLAY yazır ki, ifaçı bu barədə “Xəzər axşamı” verilişinə qonaq olarkən söz açıb.
Samir bildirib ki, gördüyü yuxu onun bu qərarı verməsinə təsir edib:
“Bir gecə yuxu gördüm, çox maraqlı idi. Şir, pələng, inək… Heyvanlar aləminin içində idim. Səhər durdum. Mən də hər şeydə bir səbəb axtaran insanam, heç nə elə-belə deyil bu həyatda… Çox qəribə bir şey baş verdi. Məndə qapalı məkan qorxusu var idi. Və heyvan əti yeməyəndən sonra bu qorxu məndə getdi. Ən çox tərəvəz, göyərti, meyvə ilə qidalanıram”.