“Elit star” ləqəbi ilə tanınan müğənni Cəmilə İsgəndərova açıqlaması ilə diqqət çəkib.
OLAY yazır ki, ifaçı “Ümid ilə gəl” verilişinə qonaq olarkən ikinci dəfə ailə qurduğu həyat yoldaşı ilə problem yaşayan Könül adlı iştirakçı haqqında bu fikirləri qeyd edib:
“Tanımadan çox nahaq ikinci dəfə ailə qurub. Alfonslar (Qadının hesabına yaşayan kişi) bu dəqiqə ölkədə baş alıb gedir. Baxırlar ki, kimin evi var, kimin atasından qalan mülkü var, hələ yoldaşlarını da boşayırlar. Mənim belə qızım olsa, o kişinin nəslini kökünü axtarmamış, ona qız vermərəm”.
Həmin anları isə sözügedən proqramın aparıcısı Tarix Əliyev instaqram hesabında paylaşıb.