Aktyor Azər Baxşəliyev “Squid Game” serialının yerli versiyası “Sükut oyunu”nda qalib olmasından danışıb.
OLAY yazır ki, bu barədə o, “Xəzər axşamı” proqramında açıqlama verib.
Azər qazandığı mükafatdan da söz açıb: “7100 manat uddum, pulu xərclədim. Mən oyun zamanı bir nəfərə təklif etdim ki, qalib olsaq, mükafatı bölək. Çünki qorxurdum ki, birdən ya kanatda, ya da körpüdə yıxılaram. Amma o, razılaşmadı. Yaxşı ki qəbul etmədi”.