“Elgizlə izlə” verilişində gərgin anlar yaşanıb.
OLAY yazır ki, Ercan adlı türk aparıcı azərbaycanlı xanımla evlənmək üçün verilişə çıxıb.
Ekspert qismində oturan vəkil Şəfiqə Nağıyeva isə ondan həyat yoldaşından ayrılma səbəbini soruşub.
Ercan isə xanımının uşaqlara diqqət ayıraraq, ona qayğı göstərmədiyini qeyd edib. Bu cavab isə Nağıyevanı əsəbiləşdirib və onların sözü çəp gəlib.
Ercan vəkilə “İstədiyin qədər mənə hücum edə bilərsən. Amma mən tərbiyəmi heç vaxt pozmaram”, - deyə, bildirib.