“50 ildir bu millətə xidmət edirəm, gündə 500 adam görmüşəm. Mən psixoloq kimi bir adamam. Bilirəm ki, bu adam toya gəldi, çıxanda nə vəziyyətdə gedəcək. Və toyun ortasında nə vəziyyətə düşər”.
OLAY yazır ki, bu sözləri Əməkdar artist Cavanşir Məmmədov “Bizimləsən” verilişinə qonaq olarkən bildirib.
Sənətçi fikirlərinə belə davam edib:
“İçəridə, daxildə bir Cavanşir yatır onu heç kim görmür. Onu ancaq əsəbiləşəndə, bir də kefi saz olanda görə bilərsən. Qalan vaxt özüm özümlə danışıram. Görə bilmirəm, axtarıram… İçimdə üç Cavanşir var”.