Ötən il “İbo show”a qonaq olan Bülent Serttaşın rəqqasə Didem Kınalı rəqs edərkən ona baxmayaraq üzünü çevirməsi xeyli müzakirəyə səbəb olmuşdu.
OLAY yazır ki, Bülent uzun zaman sonra mövzu ilə bağlı ilk dəfə danışıb.
“Alelade show”a qonaq olan sənətçi bu fikirləri qeyd edib:
“Mən Didemi çox istəyirəm, etdiyi işə də hörmət edirəm. Əvvəlində bir hadisə yaşandı, mənim xəbərim olmadan səhnədən endirilib, o isə bunu məndən bilir. Mənim 3 uşağım var, kimsənin çörəyi ilə oynamadım, oynamaram”.