Ülvira Qarayevanın Astar TV-də yayımlanan yutub layihəsinin növbəti qonağı Xalq artisti Faiq Ağayev olub.
OLAY yazır ki, sənətçi veriliş boyunca səmimi açıqlamalar edib.
F. Ağayevin bu fikirləri isə xüsusilə diqqət çəkib:
“Bir idmançı dostumuz var, sırf azərbaycan dilli insandır. Bu yaxınlarda götürüb böyük bir yarışdan öz videosunu “dolya vorovskaya” mahnısının fonunda verib. Dedim, əzizim, orada nə dediyini bilirsən? Mahnıda deyir ki, gecə çəpərin altında anam məni doğdu, göbəyimi şeytanlar kəsdi, mən o vaxtdan oğru oldum və ciblərə girirəm. Bunu eşidəndə diksindi. Dedim, bəli, mətn ruscadır və tərcüməsi də belədir. Dedim, məgər sənin göbəyini şeytanlar kəsib? Anan səni çəpər altında doğub?... Bax elə danışarlar insanla, bilmədiyini izah edə-edə. Daha sonra mənim gözümün qarşısında instaqramdan sildi onu”.