TV proqram
TV proqram

“Gürcüstana qaçmışdım”

“Gürcüstana qaçmışdım”

Əməkdar artist Zakir Əliyev səsinin batma səbəbindən danışıb.

OLAY yazır ki, bu barədə o, “Səhər mərkəzi” proqramında açıqlama verib.

Sənətçi deyib ki, həmin vaxtlarda Azərbaycandan gedib:

“Gürcüstana qaçıb getmişdim, çünki zəng edirdilər, soruşurdular. Danışanda deyirdilər, səsinə nə olub? Mən də stressə düşürdüm. O vaxt qrip olmuşdum, xəstə-xəstə bir məclisə getdim. Onda gördüm ki, bu məclisdə mütləq oxumaq lazımdır. Oxudum, elə bil boğazıma qan yığılmışdı. Həkim dedi ki, qan çəkilməsə, əməliyyat etmək lazım olacaq. İndi hər şey yaxşıdır”.