Müğənni Zamiq Hüseynov “7 Canlı” verilişinə qonaq olub.
OLAY yazır ki, sənətçi proqramda səmimi açıqlamalar verib.
“Çadırda yaşaya-yaşaya mən nə bilərdim ki, gəlib Bakıda yaşayıb, ən yaxşı geyinənlərdən biri, yaxşı ifaçı olacam və s.”, - deyə, Zamiq qeyd edib.
İfaçı uğurlu olmasının səbəbini isə həyatında yaxşı insanlarla qarşılaşması ilə əlaqəli olduğunu vurğulayıb:
“Ətrafımda yaxşı insanlara rast gəldim. Özüm yaxşı olmuşam ki, qarşıma da yaxşılar çıxıb. Həmişə bunu arzulayıram ki, Allah heç vaxt ağlımı əlimdən almasın. Həyatımda çaşıb, xoşaqəlməz hərəkətlər etməmişəm. Ailəmin, dostumun başını aşağa salacaq işlərlə məşğul olmamışam. Hər zaman çalışmışam ki, ölkəmə və dövlətimə faydam dəysin”, - deyə, müğənni əlavə edib.