TV proqram
TV proqram

Bu sürpriz Zümrüdü kövrəltdi

Bu sürpriz Zümrüdü kövrəltdi

“Xəbər ətər” verilişinin aparıcısı Zümrüd Bədəlovaya proqram heyəti tərəfindən kövrəldən sürpriz olunub.

OLAY yazır ki, Müəllimlər Günü ilə əlaqədar studiyaya Zümrüdün sinif rəhbəri İradə Namazəliyeva dəvət edilib.

İllər sonra müəlliməsini görən Bədəlova isə gözyaşlarını saxlaya bilməyib.

“Şagirdini yüksək pillədə görmək müəllimi üçün fəxrdir.  Zümrüd məktəbin ən fəal şagirdlərindən biri idi. Onun “Son zəng”də auditoriya qarşısındakı çıxışını hələ də unuda bilmirəm. O zaman mən dedim ki, o çox yaxşı journalist olacaq”, - deyə, İradə müəllimə qeyd edib.