2022-ci il Avroviziya təmsilçimiz Nadir Rüstəmli yenidən beynəlxalq müsabiqəyə qatılmaq istədiyini bildirib.
OLAY yazır ki, bu barədə ifaçı MTV-də yayımlanan “Səhərin səsi” verilişində danışıb.
Nadir Avroviziyaya getmək üçün təklif gözlədiyini də qeyd edib.
“Bununla bağlı izləyicilərimlə problem yaşadım. Gələn il müsabiqəyə gedib-getməyəcəyimlə bağlı suallar verdilər. Dedim ki, ardıcıl olaraq getmək istəmirəm. Amma pərəstişkarlarım məndən incidilər. Sonra bildirdim ki, səhv başa düşüldüm. İkinci dəfə təklif gələrsə, gedərəm. İstəyərəm yenidən çıxış edim. Bəzi şeylər ürəyimdə qalıb. Amma bunun 2023 və ya hansı illərdə olacağını bilmirəm”, - deyə, N. Rüstəmli vurğulayıb.