Dünyaca məşhur “The Masked Singer” musiqi yarışması Azərbaycana gəlir.
OLAY yazır ki, sözügedən layihə İctimai TV-də yayımlanacaq.
Bu barədə kanalın mətbuat xidməti məlumat yayıb. Qeyd olunur ki, sözügedən proqram yeni mövsumda tamaşaçı qarşısına çıxacaq.
Bundan əlavə, beynəlxalq lisenziyalı layihələrdən İctimai TV-də “Səs Azərbaycan. Doğma nəğmələr” teleşousunun bu mövsüm premyerası olacaq.
“Burada yalnız Azərbaycan mahnıları ifa ediləcək. Bir neçə ay ərzində tamaşaçılar son dərəcə maraqlı, dünyaca məşhur televiziya formatının yerli versiyasını izləyə biləcək”,- deyə İTV-dən bildirilib.
Qeyd edək ki, orijinal versiyası “Masked Singer” adlanan yarışmanın formatına uyğun olaraq məşhurlar maska və kostyumlardan istifadə etməklə özlərini gizləyərək mahnı səsləndirir. Münsiflərlə tamaşaçılar isə performansları dəyərləndirərək onların kim olduqlarını təxmin etməyə çalışır.