Yeni sezonda MTV Azərbaycan-da “Ümidlə gəl” adlı sosial proqrama imza atan Tolik (Tarix Əliyev) həmkarlarına söz atıb.
OLAY yazır ki, bu barədə o, instaqram hesabında hekayə paylaşıb. Tolik qeyd edib ki, bəzi aparıcılar onun iş fəaliyyətini bəyənmir:
“Eşidirəm, orda-burda deyirlər ki, biz də sosial proqram aparırıq, Tolikdə! Buradan deyirəm, mənim yerimə narahat olmayın. Əvəzolunmaz insan yoxdur”.