TV proqram
TV proqram

“Onun xasiyyəti, danışığı mənə atamı xatırladırdı”

“Onun xasiyyəti, danışığı mənə atamı xatırladırdı”

Xalq artisti Faiq Ağayev mərhum sənətkar Yaşar Nuridən bəhs edib.

OLAY yazır ki, Ağayev bu barədə “O üz” verilişinə danışıb.

Müğənni Y. Nurinin ona atasını xatırlatdığını bildirib:

“Xoşbəxt insanam ki, Yaşar Nuri kimi dahi aktyorun tələbəsi olmuşam. Onu pərişan, neqativə köklənmiş görmədim. Hətta vəfatından bir neçə gün öncə görüşmüşdük. Onda belə həm davranışında, həm də danışığında çox böyük nikbinlik var idi. Heç vaxt dünyanın çətinliklərinə boyun əymirdi. Sözün həm hərfi, həm də məcazi mənasında dik duruşu vardı. Məni həmişə soyadımla çağırardı: “Ağayev, televizoru, radionu yandırıram elə sənsən. Soyuducuya qorxa-qorxa yaxınlaşıram”. Yaşar müəllimin bəzi xasiyyəti və danışıqları mənə atamı xatırladırdı. Xəstəliyə təslim olmurdu, döyüşürdü. Təbii ki, pis olurdum, amma özü nikbin idi deyə, gülümsəyirdi. Onda Yaşar müəllimin öyrətdikləri kömək etdi, karıma gəldi ki, içim ağlaya-ağlaya üzüm gülsün. Mənim üçün aktyorluq sənətində Azərbaycanın günəşi idi”.