““Meqastar” sözü yoxdur. Rəşid Behbudov adının yanında “Meqastar” sözü nə qədər cılız səslənir. “Meqa” nədir, “Star” nədir? Sənətkar! “Nömrə bir” deyimi də yoxdur. Bu sözləri haradan çıxarıb tapıblar?”
OLAY yazır ki, bu fikirləri Əməkdar artist Gövhər Həsənzadə “Maqazin Plus” verilişinə müsahibəsində deyib.
Bəstəkar “Nömrə bir” və “Meqastar” titullarını qəbul etmədiyini bildirib.
“Tamaşaçı var ki, beş nəfərdir, amma məhlələrindəki bir ifaçını sevir. Biz bu dəqiqə o beş nəfərin hissiyatını və qürurunu yaralayırıq. O beş nəfər kimi sevirsə, “Nömrə bir” onlar üçün odur”, - deyə, G. Həsənzadə əlavə edib.