Əməkdar artist Rühəngiz Allahverdiyeva gəlini barədə açıqlama verib.
OLAY yazır ki, bu barədə o, “Maqazin Plyus” verilişinə açıqlamasında danışıb. Sənətçi ona qaynana deyil, dost olduğunu söyləyib:
“Gəlinimdən özümə qarşı pis münasibət görməmişəm. O da məndən görməyib. Gəlinim bir evin qızıdır. O da bizə gəlib ki, xoşbəxt olsun. Yaşasın, geyinsin-keçinsin, yesin-içsin, dünyaya körpə gətirsin”.
R.Allahverdiyeva valideynlərə məsləhət də verib: “Gənc olurlar, başqa evə gəlirlər. Öyrəşincə, ailənin ab-havasını, xasiyyətini götürüncə, zaman lazımdır. O zamanda da şərait yaratmaq lazımdır. Ola bilər ki, gəlin yuxudan gec dursun və ya nəyisə bişirə bilsin və ya bilməsin. Hər şey ola bilər. Gəncləri yola vermək lazımdır”.