“Camdaki kız” serialı ilə izləyici qarşısına çıxan türk aktrisa Burcu Biricik səmimi açıqlamalar verib.
OLAY yazır ki, aktyor Ahmet Mümtaz Taylanın “Empati” verilişinə qonaq olan Burcu atasını tanımadığını vurğulayıb.
“Valideynlərim mən uşaq olarkən ayrılıb. Nənəm, babam və dayımla böyümüşəm. Anam Antalyada işləyirdi… Atamı tanımıram. Amma ona hirslənmirəm, başa düşməyə çalışıram. Bəlkə də o yolu seçməyə məcbur qalıb, ya da həyat onu başqa yola çəkib və s. Bunların hamısını qəbul edib, yoluma davam edirəm” – deyə, Biricik qeyd edib.