TV proqram
TV proqram

“Ayağım suyun içində dərsdə otururdum”

“Ayağım suyun içində dərsdə otururdum”

Aktrisa Xuraman Əlizadə uşaqlıq illərində yaşadığı çətinliklərdən danışıb.

OLAY yazır ki, bu barədə Xuraman “Onun sirri” verilişində deyib.

O yaşadığı ağır günləri belə şərh edib:

“90-cı ildən sonra atam xəstələndi, yoxlayırdılar heç nə yox idi. Amma günü-gündən geriləyirdi, işləmək qabiliyyətini itirirdi. Həmin ərəfələrdə 14-15 yaşım var idi, anam da işləmirdi. Bacım, mən, anam və atam idik, evdə də yemək yox idi. Atamın cibində indiki pulla 1 manat var idi. Durdu getdi ki, görüm nə edirəm. Gələndə dedi, lobya almışam, qaynat, uşaqlar yesinlər. Yağsız, soğansız qaynatdı, yedik. Səhəri günə 40 qəpiyi də yox idi, nə yeyəcəkdik? Bu gün bizim evdə lobya mənim ən sevimli ərzağımdır. Çünki həmin gecə qarnımızı doyurdu. Səhəri gün heç nə yemədik. Uzun müddət atamla anam işsiz qaldı. Bizdə belə ərəfələr çox olub. Mən yaxşı uşaqlıq nədir bilmirəm. Beşinci sinfə keçmişdim, ayağıma çəkmə alınma idi. Elə oldu ki, anam bir uşağın çəkməsini gətirdi, onun da üzəri nazik idi. Ayaqqabıyla dərsə getdim, yağış yağdı, ayağım su oldu. Dərsdə 6 saat elə oturmuşdum. Hər gün o çəkmələrlə dərsə gedib, evə qayıdırdım. Evdə atamla anama da demirdim. İndiki övladların çoxu üsyan edir ki, mənə bunu almalısan. Mən bir dəfə də olsun demirdim ki, ayağım sudur. Sanki ağlıma yazılmışdı ki, uşaqlıq yaşamayacaqsan”.