TV proqram
TV proqram

“Əmisi pul təklif etdi ki, buradan get”

“Əmisi pul təklif etdi ki, buradan get”

Xalq artisti Naibə Allahverdiyeva onu dəlicəsinə sevən oğlandan danışıb.

OLAY yazır ki, bu barədə aktrisa “Onun sirri” verilişində qonaq olarkən deyib.

Allahverdiyeva bildirib ki, ona aşiq olan oğlanın ailəsi evlənmək arzusuna mane olub:

“Naxçıvanda olanda gənc bir oğlan məni sevirdi. 21 yaşım vardı, universiteti bitirib getmişdim. O isə məndən iki yaş kiçik idi. Zəngin bir ailədə evin tək oğlu idi… Valideyinləri oğlunun məni sevdiyini xəbər tutmuşdurlar. O da söyləmişdi ki, Naibə ilə evlənmək istəyirəm. Aktrisa olduğum üçün valideyinləri oğullarının mənimlə evlənməyinə qarşı idilər. Onlar “Bizim nəsildə aktrisa ola bilməz” fikrində idilər. O dövrlərdə aktrisalar ailə həyatı qura bilmirdilər. Sonra oğlanın evində böyük qalmaqallar yaşanmışdı. Evdə oturmuşdum. Gördüm ki, qapı döyülür. Oğlanın əmisi idi. O, mənim getməyimi söylədi. Oğlan, sözün həqiqi mənasında mənə “Məcnun” olmuşdu. Əmisinə dedim ki, oğlana söyləyin ki, məndən əl çəksin, nifrət edirəm ona. Əmisi isə cavab olaraq söyləyirdi ki, “Səndən heç zaman əl çəkməyəcək və biz də buna razı olmayacağıq. Buradan çıx get”. Eitraz etdim və dedim ki, buradan çıxıb gedən deyiləm. Əmisi getməyimə görə pul təklif etdi. Amma tərsliyimə salıb, yenə də getməyəcəyimi söylədim. Sonra tamam başqa səbəblər ortalığa çıxdı və getməli oldum”.