Müğənni Dilarə Kazımova atasının ölümündən danışıb.
OLAY yazır ki, bu barədə Dilarə “Özəl” verilişinə qonaq olarkən söz açıb.
O, atasını itirən zaman böyük stress yaşadığını vurğulayıb:
“Ailədə iki uşaq olmuşuq: Mən və bacım. Atam 12 yaşım olanda vəfat edib. O zamanlar mən məhv olmuşdum. Sonra anladım ki, həyat davam edir, hər şeyə rəğmən yaşamaq lazımdır. Atam rəhmətə getmədən öncə mənə tapşırmışdı ki, fortepianoda ifa etməyi öyrənim. Və mən onun istədiyini etdim, bilirəm ki, mənimlə fəxr edir”, - deyə, ifaçı bildirib.