Xəbər verdiyimiz kimi, İsrailin “The X Factor” yarışmasında azərbaycanlı iştirakçı Kama Kamilaya çıxışı ilə hər kəsi heyrətləndirib.
Kamanın ifası sosial şəbəkələrdə yayıldıqdan sonra ictimaiyyətdə onun kimliyi maraq doğurub.
OLAY “12xal.com”a istinadən K. Kamliyanın bioqrafiyasını təqdim edir:
“Bakı şəhərində anadan olan Kamila yəhudi ana və müsəlman atanın qızıdır. O, Azərbaycanın musiqi irsinə dərin kök salmış görkəmli ifaçılar ailəsində böyüyüb. Kamila 5 yaşından klassik pianoçu kimi təhsil alıb. 13 yaşında anası ilə birlikdə İsrailə köç edib. O vaxtdan onun motivasiyası və arzusu atalarının və yeni vətəninin arasında əlaqə yaratmaq olub.
Azərbaycan musiqisini dünyaya daha yaxşı ifadə edə bilmək üçün müxtəlif dilləri və folkları improvizə etməyi üstün tutan Kamilanın 2015-ci ildə işıq üzü görən ilk albomu “Mamaland” Azərbaycanlı ailəsinə həsr olunub.
Döş xərçənginə qalib gəlməsinin şərəfinə “My Baby Cancer” adlanacaq olan ikinci albomu bu il işıq üzü görəcək. Albomdakı mahnılar Kamila və onun musiqi prodüseri Noam Helfer tərəfindən yazılıb və bəstələnib.
Kamilanın Azərbaycanın mistik şaman musiqisinə olan bağlılığı albomda “New Age” elektronik səslərinin sanki “Peyğəmbəri” olan Noam Helferin yaradıcılığı ilə birləşmişdir.
Noam və Kamila birlikdə qədim və müasir musiqinin bərəkətli qarışığını təmsil edirlər”.
Qeyd edək ki, Kamila “X Factor” Kamila növbəti tura keçməyə vəsiqə qazanıb.